Dadı damaqlarda qalacaq çox ama çoox ləzzətli şaurma resepti ilə gəlmişəm bu gün 😋🤌🏼
Bəs Siz şaurmanı evdə özünüz hazırlayırsınızmı?
Bu reseptlə məndə 6 əd şaurma alındı
1 ç.q duz, 1 ç.q xardal tozu, 1 ç.q sarımsaq tozu
1 ç.q keşniş toxumu, 1 ç.q paprika,
1/2 ç.q pul bibər və ya istiot
2-3 x.q zeytun yağı
2 əd toyuq sinəsi
2 əd kartof
2 əd şirin bibər
2 əd xiyar
2 əd pomidor
1/2 aysberq kələmi ( və ya kahı)
2-3 əd turşu xiyar
Sous:
4-5 x.q mayonez
2-3 x.q xama
1 dəstə şüyüd
1 ç.q xardal (zövqə görə)
1 diş sarımsaq
Duz, istiot
12 əd Lavaş
Hazırlanması:
📌 Duz, xardal tozu, sarımsaq tozu, keşniş toxumu, paprika, pul bibərin (və ya istiot) üzərinə zeytun yağı əlavə edib qarışdırırıq. Sonra lay-lay kəsilmiş filenin üzərinə əlavə edib 10-15 dq dad götürməsi üçün gözlədirik.
📌 Fileni öncə iti odda hər iki tərəfini qızardıb, sonra orta odda bişiririk.
📌 Bibəri 4-5 dq orta odda bişiririk.
📌 Kartofu qızğın yağda qızardırıq.
📌 Şaurmaya su salmaması üçün pomidor və xiyarın orta hissəsini kəsib ayırırıq.
📌 Xama, mayonez, sarımsaq, xardal, şüyüd, duz və istiotu qarışdırıb sous hazırlayırıq.
📌 Aysberq kələmin və turşu xiyarın üzərinə hazırladığımız sousdan 1-2 x.q əlavə edib qarışdırırıq.
📌 İki əd lavaşın üzərinə sousdan əlavə edib, istədiyimiz ardıcıllıqla ərazqlardan əlavə edib şaurmanı hazırlayırıq.
📌 Şaurmanı istəyə görə azca yağlanmış tava və ya tosterdə qızarıb nuş edirik🤌🏼