Salam, hər vaxtınız xeyir. Uzun aradan sonra hər birinizi xoş gördüm. Dondurma dadında blinçik tortu ilə gəlmişəm bu gün 😄
O qədər ləzzətlidir ki, servis etməm ilə bitməsi bir oldu bizdə 🤭
Bu arada tortun içərisinə mən kremi nisbətən az əlavə etdim. Ağız dadına görə miqdarı artırmaq olar əlbəttə.
Hazırlayacaq hər kəsə nuş olsun öncədən 🫶🏻
Blinçik:
2 əd yumurta
2 x.q şəkər tozu (40 qr)
1 l. süd (5 st)
300 qr un (2 st + 2 dolu x.q un)
3 x.q duru yağ (60ml)
📌Yumurta və şəkər tozunu qarışdırın. Ardınca üzərinə südün az hissəsini əlavə edib qarışdırmağa davam edin. Sonra unu ələyib, topaq qalmayanadək qarışdırıb, qalan südü də əlavə edin. Sonda duru yağı əlavə edib, qarışdırıb kənarda 25-30 dq dinləndirin.
Bu reseptlə 24-25 əd. blinçik alınır.
📌 İstifadə etdiyim tavanın diametri 22 sm.
~~~~~~~~
Konfitür: (конфитюр)
500 qr. donmuş albalı (çəyirdəyi çıxarılmış)
100 qr. donmuş moruq
2 x.q qarğıdalı nişastası (20 qr)
7-8 x.q su (70-80 ml)
📌Konfitüre bişirdikdən sonra qaba əlavə edib, üzərini streçləyib tam soyumasını gözləyin.
Qeyd: İstəyə görə konfitüre’ni çiyələk, albalı, gilas və s. ilə də hazırlamaq olar.
~~~~~~~~~
Krem:
400 ml. qaymaq (2 st)
200 qr krem pendir (labne)
150 qr xama (25%)
100 qr pudra şəkər
📌 Qaymağı 2 dq mikserlə qarışdırın. Sonra pendir, xama və pudra şəkəri əlavə edib 3-4 dq daha qarışdırın.
#easyandtastyph #asmr