Qarşıdan gələn Novruz süfrələrimizə özəl, əsl bayram ab-havalı super salat hazırlamışam 😍
Ənənəvi olaraq gəlin salata birlikdə ad fikirləşək.
Sizcə adı nə olsun ? 🥰
Resept:
Diametr 20 sm.
2 əd kartof (bişmiş)
2 əd çuğundur (bişmiş)
150 qr qaynadılmış dana əti (və ya file)
Şüyüd
2-3 əd turşu xiyar
2 əd kök (bişmiş)
4 əd yumurta
Duz, istiot
Mayonez
Gül üçün:
2 əd yumurta
2 x.q süd
Duz
~~~
1 əd çuğundur (bişmiş)
1-2 x.q mayonez
Duz
Keşniş,şüyüd
Duzlu çubuq 2 paket
Qeydlər:
📌Kartof, çuğundur, kök, yumurta və turşu xiyarı sürtgəcin iri gözündən keçirin.
📌 Turşu xiyarın suyunu süzgəcdən axıdıb sonra salata əlavə edirin.
📌 Gül üçün yumurtadan iki ədəd nazik omlet bişirin. Ardıyca bişmiş çuğunduru sürtgəcin kiçik gözündən keçirib üzərinə duz və mayonez əlavə edin. Sonra omletlərin üzərinə çəkərək burub, iki barmaq nazikliyində kəsin.
📌 Salatı servis etməzdən öncə bəzəyin ki, çubuqlar yumşalmasın.
Hazırlayacaq olan hər kəsə nuş olsun öncədən🫶🏻
#easyandtastyph #salat #asmr #reseptler #novruz