❗️Yeyərkən barmaqlara Diqqət❗️
Dadı damaqlarda qalacaq, tam bir ləzzət bombası reseptlə gəlmişəm👌🏻
Resept:
4-5 əd orta ölçülü badımcan
2 əd kiçik soğan
2 əd qırmızı bibər
2 əd yaşıl bibər
4-5 əd orta ölçülü pomidor
2 diş sarınsaq
1,5 x.q tomat pastası
1 ç.q şəkər tozu (zövqə görə)
1 ç.q paprika, duz, istiot
250-300 qr. qaynadılmış dana əti
3-4 x.q bulyon və ya su
Duru yağ
Hazırlanma qaydası:
📌Badımcanın acısını almaq üçün duzlu suda 20-25 dq saxlayın. Sonra salfetlə qurulayıb qızğın yağda qızardın.
📌 Eyni yağda soğanı, ardıyca bibərləri əlavə edib 2-3 dq qızardın. Üzərinə tomat pastası, pomidor, şəkər tozu, paprika, istiot və duzu əlavə edib qarışdırın. 2-3 dq sonra üzərinə qaynadılmış dana ətini, badımcanı, bulyonu və sarımsağı əlavə edib zəif odda 12-13 dq bişirin.