Dondurma dadında, super ləzzətli bişməyən cheesecake resepti ilə gəlmişəm bu gün 👌🏼🤤
Resept:
Qəlibin diametri 21 sm
250 qr peçenye
100 qr. kərə yağı
2-3 x.q süd
~~~~
150 ml qaymaq
400 qr labne pendiri
200 qr şokolad
70 qr şəkər pudrası (-/+)
~~~~
100 ml qaymaq (0,5 st)
120 qr şokolad
Hazırlanması:
Peçenyeni əzib, üzərinə yağ və süd əlavə edib qarışdırın. Qəlibə əlavə etdikdən sonra presləyib, 15-20 dq soyuduca gözlədin.
Şokoladı buxar vannasında əridib kənarda soyudun.
Qaymağı qatılaşanadək çalın. Ardıyca labne pendiri və şəkər pudrasını əlavə edib yenidən çalın. Sonra əritdiyimiz şokoladı üzərinə əlavə edib təkrar mikserlə qarışdırın.
Şokoladın üzərinə isti qaymağı əlavə edib qarışdırın. Son olaraq bu qarışımı cheesecake’in üzərinə əlavə edib soyuduca 5-6 saat gözlədin.