BÖYÜK DAYAQ FİLMİNİN KADRARXASI

Опубликовано: 16 Январь 2025
на канале: BİLİNMEYEN GERÇEKLER
6,360
117

Sponsorluq, Reklam və İş təklifləri üçün;
  / farahimgasim   (DM)
  / blnm_yengercekler   (DM)
[email protected] (e-mail)

Film Tovuz rayonunda çəkilsə də, bir neçə epizod Sabirabad rayonunda lentə alınıb. Ekran əsərinin sonundakı mənzərə, Arazla Kür çayının qovuşduğu yerdir. Yəni Suqovuşan. Maraqlıdır ki, filmin əsas səhnələrinin çəkildiyi Tovuz rayonunun “Nizami” kolxozunda bu film çox illər sonra gerçəkləşib. Öz eqosuna məğlub olan kolxoz sədri, fermada qoyunların sayı az olduğuna görə həbs edilibmiş. Filmdə öz gözəlliyi ilə tamaşaçıları heyran edən Maya obrazını, Tamella Rüstəmova canlandırırdı. Maya rejissorun təsadüfü tapıntısı olub. Rol üçün heç kimi bəyənməyən Həbib İsmayılov bir dəfə Tamella Rüstəmovanı tədbirlərdən birində görür və deyir ki, Maya bu xanım olmalıdır. Tamella o zamana qədər aktyor kimi fəaliyyət göstərməmişdi və Litva vətəndaşı ilə evli idi. Filmdə çəkilməyə onu birtəhər razı salırlar. Filmdə Qaraşdan ayrıldıqdan sonra Mayanın ağlamaq səhnəsi var. Bu kədər, aktrisanın üzündəki hüzn, süni deyildi. O, həmin ərəfədə azyaşlı övladını itirmişdi. Qaraş rolunu filmdə Həsən Məmmədov canlandırırıb. Filmdə atasının ona çəkdiyi şilləni yəqin ki, xatırlayırsınız. Təbii alınsın deyə Həbib İsmayılov, Ələsgər Ələkbərova tapşırır ki, Qaraşa həqiqətən şillə vursun. Rüstəm kişi kimi zəhmli və boylu-buxunlu bir adamın şapalağı tapança kimi açılır və Həsən Məmmədov gözləmədiyi üçün bu səhnə həddən artıq real alınır. Kadrdan sonra Ələsgər Ələkbərov Həsən Məmmədovu qucaqlayıb gülərək üzr istəyir.

Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN!

Məni izlədiyiniz üçün Təşəkkür edirəm!