Sponsorluq, Reklam və İş təklifləri üçün;
/ farahimgasim (DM)
/ blnm_yengercekler (DM)
[email protected] (e-mail)
İsrafil Məmmədov, almanlarla müharibəyə baş serjant kimi yollanıb. Müharibənin ilk günlərindən fərqlənən İsrafil, cəmi bir neçə ay sonra noyabr ayının əvəllərində Novqorodun Pustınka kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə 70-dən artıq alman faşistini öldürür və onlara tapşırılmış mövqeləri demək olar ki, təkbaşına qoruyur. Özü yaralandığı halda kömək gələnə qədər almanların kəndə yaxınlaşmasına imkan vermir. Bacısı oğlu deyir ki, bu barədə İsrafil Gəncəyə gələndə danışıbmış: "Anamgil deyirdi ki, o, səngərdə gah o başa qaçaraq atəş açıb, gah ortada da dayanıb, gah da səngərin bu biri başından atəş açıb ki, almanlar səngərdə bir nəfərin qaldığını hiss etməsinlər. Düşmən bir qədər də yaxınlaşanda o, snayperdən atəş açmağa başlayıb. Hətta sonda süngü ilə də döyüşüb və özü yaralı olduğu halda mövqeləri əldən verməyib”. İsrafilin bu qəhrəmanlığı barədə məlumat qısa müddətdə Sovet rəhbərliyinə də çatır. Dekabr ayının 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. 4 gündən sonra İsrafilin müalicə olunduğu hospitalın şəxsi heyəti farağat vəziyyətinə dayanır. Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant Kuroçkin şəxsən özü İsrafilin yanına gələrək qəhrəmanın "Qızıl ulduz”unu və "Lenin” ordenini onun yaxasına taxır.
İstifadə olunmuşdur:
"İsrafil" - sənədli - televiziya filmi
• "İsrafil" - sənədli - televiziya filmi
Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN!
Məni izlədiyiniz üçün Təşəkkürlər!