YEDDİ OĞUL İSTƏRƏM FİLMİNİN SARI ŞƏMİSTANI

Опубликовано: 16 Январь 2025
на канале: BİLİNMEYEN GERÇEKLER
29,624
538

Sponsorluq, Reklam və İş təklifləri üçün;
  / farahimgasim   (DM)
  / blnm_yengercekler   (DM)
[email protected] (e-mail)

Vaqif Səmədoğlunun Səməd Vurğunun “Komsomol” poeması əsasında ssenariləşdirdiyi “7 oğul istərəm” filminə diqqətlə baxanlar üçün əsas qəhrəmanın - Bəxtiyarın Sarı Şəmistanın sağ əli olduğunu anlamaq elə də çətin deyil. Sarı Şəmistanın adı gələndə Gəray bəyindən tutmuş, Xalq Komissarları Şurasının işlər idarəsindəki nümayəndələrinə kimi hamı qorxuya düşürdü. Çünki, Şəmistan Əyyubov sosial bərabərliyin və ədalətin simvoluna çevrilmişdi. Bu isə bəzi qara qüvvələrə sərf eləmirdi. Əlini-qolunu sallayaraq azadlıqda gəzən cinayətkarları “içəri” atdıran, geri qayıtsalar belə yenə fikrindən dönməyən, haqsız yerə məhbusluqda yatan şəxsləri azadlığa çıxaran biri idi. Sovet tarixinin ən qızğın mərhələsi 1917-20-ci illərə təsadüf edir. Həmin ərəfədə Mircəfər Bağırov silah gücünə yox, söz gücünə inanırdı. Məhz inqilabçıların başçılarını söhbətə çağıraraq və onlarla danışaraq problemlərin həllinə nail olmağa çalışırdı. Beləcə o, inqilabçıları inandırıb Azərbaycan Kommunist Partiyasına keçirir. 23 yaşlı Sarı Şəmistan da onlardan biri idi. O, bu partiyaya öz istəyi, öz ideyası ilə şüurlu şəkildə daxil olmuşdu. Şəmistanın ideyasını üstün tutaraq partiya sıralarına daxil olması gələcəkdə haqsızlığı həzm edə bilməyən biri olduğuna görə onu daha böyük çətinliklərlə üz-üzə qoyacaqdı. Hətta onun ölümünə də səbəb olacaqdı.

Arxa fonda səsləndirilən musiqi: Khayyam Mirzazade - Yeddi oğul istərəm k/f-dən (1970)
   • Khayyam Mirzazade - Yeddi oğul istərə...  

Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN!
Məni izlədiyiniz üçün Təşəkkür edirəç