Sponsorluq, Reklam və İş təklifləri üçün;
/ farahimgasim (DM)
/ blnm_yengercekler (DM)
[email protected] (e-mail)
O, 1823-cü (bəzi mənbələrə görə isə 1838-ci) ilin yanvarın 25-də Bakıda, kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım, Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Atası həmin ildə Zeynalabdini bir bənnanın yanına usta köməkçisi qoyur. 12 yaşına çatanda o artıq daş yona bilir, 15 yaşında isə bənnalıq etməyə başlayır. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. 1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o 1872-ci ildə "Hacı Zeynalabdin" şirkətini qurur. 1872-ci ildə neftli torpaqlar hərraca qoyulanda Tağıyev də iki ortağı ilə birlikdə Bibiheybətdə icarəyə torpaq götürür və buruq quraraq quyu qazmağa başlayır. Lakin beş il ərzində heç bir nəticə olmur, xərclər artır, neft isə çıxmır. Ortaqlar artıq bu işi buraxmağa başlayırlar. Tağıyev isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, inadla neft axtarmaqda davam edir. 1878-ci ildə dörd quyudan birində neft fontan vurur. Bu hadisə həmin andan Tağıyevin şirkətini neft sahəsində qabaqcıl müəssisələr sırasına çıxarır və o, artıq azərbaycanlı milyonçulardan birinə çevrilir.
Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN!
Məni izlədiyiniz üçün Təşəkkürlər!