Sponsorluq, Reklam və İş təklifləri üçün;
/ farahimgasim (DM)
/ blnm_yengercekler (DM)
[email protected] (e-mail)
#bilinmeyengerçekler #öğrenmek #youtube
ABŞ prezidenti Co Bayden, köməkçilərinin dediyinə görə, fıstıq yağlı sendviçləri, bastırma, kahı və pomidor sendviçlərini, pizzanı, peçenyeni, yağ və qırmızı souslu spagettini, həmçinin bəzən “tam yemək kimi istehlak etdiyi” dondurmanı çox sevir. 1990- cı ildə ata Corc Buş Ağ evdə, Air Force One təyyarələrində, habelə HHQ –nin kazarmalarında nahar fasiləsinə brokollini qadağan edib və belə fikri ilə yadda qalıb: "Mən brokollini sevmirəm, mən bu tərəvəzi heç vaxt xoşlamamışam. Uşaq olanda anam məni onunla qidalandırıb. İndi isə mən ABŞ prezidentiyəm və bundan sonra brokolli yeməyəcəyəm!". Bu qalmaqallı insident BROCOLİGATE adlandırılıb, fermerlər etiraz əlaməti olaraq Ağ evə 10 ton yaşıl tərəvəz göndərib.
Piylənməyə qarşı və meyvə-tərəvəz yeməyə çağırış edən Mişel Obamadan fərqli olaraqBarak Obama, tez yemək hazırlanan restoranlara getməyi və Meksika yeməyi olan çili kon karneni xüsusilə xoşlayıb. Putin zəhərlənmədən çox qorxur, ona görə də gün ərzində onun üçün hazırlanan bütün yeməklərin dadına baxan adam təyin edib. Püstə dondurmasına aludəçiliyindən başqa, Rusiyada havanın hərarətinin aşağı olmasına baxmayaraq, Putin yemək barədə mühafizəkardır və onun qida rasionu haqqında nadir hallarda məlumat verilir. Lakin 2012- ci ildə NTV tekekanalında o, ənənəvi səhər yeməyindən danışıb. Rusiya rəhbəri sıyıq və balla şoru, çiy bildirçin yumurtası, həmçinin çuğundur şirəsi və turpdan hazırlanan kokteyldən istifadə edir. Putin telekanala müsahibəsində deyib: "Mənim yeməyə vaxtım azdır, pomidoru, xiyarı və salatları sevirəm. Səhərlər sıyıq, balla şor, ət və balıq arasında seçim olarsa, balığa üstünlük verirəm. Həmçinin qoyun ətini xoşlayıram".
Videolarımı bəyənməyi və abunə olmağı UNUTMAYIN!
Məni izlədiyiniz üçün Təşəkkür edirəm!