Bu gün dünyada memarlıq incisi kimi tanınan məşhur Kreml sarayının baş memarı Əliş Kərəmli olub. Təxminən 650 il əvvəl tikilən bu misilsiz abidənin memarı, özü də Azərbaycan torpağının yetişdirdiyi bu şəxsiyyət haqda nə bilirik?
Əliş Sübhan oğlu Kərəmli 1322-ci ildə Şamaxıda dünyaya gəlib. Həyatı barədə dəqiq məlumatlar olmasa da, Kərəmli Yaxın Şərq, Qafqaz, İran, Hindistan və doğma vətəni Azərbaycanda ən məşhur sənətkarlardan biri olub. Əliş Kərəmli Dəməşqin Bağlar bölgəsindəki məhəlləsində ərəb üslublu üç əzəmətli dördmərtəbəli binanın, Dəclə çayı üzərindəki beş tağlı Bağdad körpüsünün, Krım yarımadasında Bağçasaray mülkünün və fəvvarələrin, gürcülərin qədim paytaxtı Msxetada Knyaz Dodianın sarayının, Təbrizdə Kərim ağa kompleksinin, Şirazda nəhəng 80 otaqlı Karvansaranın, Dəbil şəhərindəki Cümə məscidinin, Şamaxıda bugünümüzədək qalıqları duran köhnə, şəhərə giriş körpüsünün və onlarla tikilinin müəllifi kimi tanınıb.
Memar Kərəmlinin şöhrəti qısa vaxtda vətənin hüdudlarını aşmış, onun sənətkarlıq qabiliyyəti Moskva Knyazı Dmitri İvanoviçin də diqqətindən yayınmamışdı.
Əliş Kərəmli Moskvaya böyük Knyazın dəvəti ilə gedib. Bu məqsədlə 1366-cı ilin sonlarında Moskvanın böyük Knyazının elçiləri - Rusiya sarayından boyar İ.A.Baratinski və Şirvanşahların Moskva Knyazlığındakı səfiri Qafur bəy, Knyazlığın 10 süvarisi ilə yola çıxırlar. Onlar uzun yolu qət edərək 1367-ci il yanvarın 5-də, şaxtalı bir qış səhərində Şirvanşahların paytaxtı Şamaxıya çatırlar. Qonaqlar burada ehtiramla qarşılanır. Boyar Baratinski Moskvanın böyük Knyazının məktubunu Şirvanşah Şeyx İbrahimə verir və gəlişin məqsədini onun diqqətinə çatdırır. Həmin məktubda dünyaca məşhur memar-inşaatçı Əliş Kərəmli Moskvanın böyük Knyazı tərəfindən möhtəşəm tikintinin inşasına dəvət olunur.
Bu, Dimitri İvanoviçin Şeyx İbrahimə ilk xahiş məktubu olub. Şeyx əvvəlcə sevimli sənətkarını göndərmək istəməsə də, Əliş bəyin razılıq ovqatını və onun şəxsi təhlükəsizliyinə dair Knyazın zəmanətini nəzərə alaraq, bu işə razılıq verir. Şirvanşahdan səfər xeyir-duasını alan ustad sənətkar yol hazırlığına başlayır və 10 yanvar 1367-ci il tarixində rus elçiləri ilə birlikdə Moskvaya yola düşür.Moskvada 7 seçmə döyüşçü onun mühafizəsinə verilir. O isə bunların arasından Yeqor Bulıç adlı əsgəri seçir.
14 mart 1367-ci ildə Əliş bəylə Moskvanın böyük knyazı Dmitri İvanoviç arasında müqavilə bağlanır. Müqaviləyə əsasən, Əliş bəyə öz işində tam sərbəstlik verilir. Heç kəs onun işlərinə qarışa və hər hansı formada ona təsir göstərə bilməzdi. Bir kimsə özünü ondan üstün tuta bilməsin deyə, Dmitri İvanoviç hətta ona boyar titulu və səlahiyyətini də verir.Müqavilədə istənilən həcmdə maliyyə təminatına söz verilir, böyük knyaz tərəfindən gizli nəzarətlərə, qəfil təftişlərə, maliyyə hesabatlarına yol verilmir. Yalnız özü məqsədəuyğun hesab etdiyi vaxt yazılı hesabat təqdim olunacağı bildirilir. Memarın layihəsinə və iş zamanı bu layihəyə hər hansı əlavə və dəyişiklərə də müdaxilə edilmirdi.
Bu müqaviləyə əsasən, istifadə olunacaq işçilərin sayına da məhdudiyyət qoyulmurdu. İşin həcmi, sürəti və keyfiyyəti üçün lazım gəldikdə Əliş bəy istədiyi qədər fəhlə cəlb edə bilərdi. Müqavilədə knyazın yeganə ciddi tələbi inşaat işlərinin 4 il müddətində tam başa çatdırılması idi. Əliş bəy qarşılığında nəinki buna, həm də qalanın fərqli gözəlliyə və min illərcə Moskvanı qoruyacağına, hamının zövqünü oxşayacağına, şəhərin əsas qürur və gözəllik məkanına çevriləcəyinə söz verir. Buna əmin etmək üçün əlini cibindən çıxartdığı kiçik ölçülü "Quran" kitabının üzərinə qoyaraq and da içir
Reklam üçün əlaqə nömrəsi: 055-803-12-02, 055-567-60-77
Bizləri İnstagram üzərindən izləyə bilərsiniz.
İNSTAGRAM adresi:_bilinmeyen_gercekler_
Videolarımızı bəyənməyi və abonə olmağı UNUTMAYIN