UŞAQLARDA VARİKOSEL - Müalicəsi Necə Aparılır?

Опубликовано: 19 Ноябрь 2024
на канале: Peşəkar Həkimlər
238
4

#endokrinoloq #VüsalCəfərov #varikoz

Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov
Tel: 055 560 40 03
070 204 15 80
İnstaqram: usaq_cerrahi_vusal_cafarov
Facebook: Vusal Ceferov

Yeniyetmələrdə varikosele görülmə sıxlığı 15% olmaqla birlikdə, böyümənin sürətləndiyi 13 yaşından sonra yaşla birlikdə varikosele görülmə ehtimalı da artır. Sol varikosele halların 90%-də görülür və təxminən 10% ehtimalda ikitərəfli varikosel aşkar edilir.
Uşaqlarda və yeniyetmə dövrdə sperm analizinin aparılması mümkün olmadığı üçün əməliyyat qərarı əksər halda təsirlənən xayanın həcminin ölçülməsinə görə verilir. Təsirlənən xayada digər testis nisbətlə 2 ml və ya 10%-dan çox həcm fərqi əməliyyat üçün göstərişdir.
Başqa əlamət isə xayalıqda ağrıdır. Xayalıqda ağrı ilə müraciət edən uşaqlarda mütləq müayinə edilməli və ağrıya səbəb ola biləcək digər ciddi xəstəlikərin olmadığına əmin olunmalıdır. Torbalarda ağrı, adölesan varikoselində başqa müraciət səbəbidir və varikoselektomiya əməliyyatından sonra 60%-də tam, 20%-də qismən ağrı şikayətləri keçir.

Anadangəlmə inkişaf qüsurları,
ağciyərlərin kistik xəstəlikləri,
sidik cinsiyyət sistemi xəstəlikləri
hidronefroz,
hidroureteronefroz-sidik axarı darlıqları,
vezikoureteral reflux,
posterior uretral valv,
hipospadiya,
epispadiya,
sidik kisəsi anamaliyaları,
kriptorxizm
Həzm sistemi anomaliyaları
qida borusu atreziyası,
traxeya ezofagialfistula,
12barmaq bağırsaq və bağırsağın digər hissələrinin atreziyası,
diafraqma yırtıqları,
anusun atreziyası,
hirschsprung xəstəliyi,
mekonial keçməməzlik,
yenidoğulmuşlarda nekrotizian enterokolit, malrotasiya və volvlus-bağırsaq burulması,
pilor darlığı,
uşaqlarda qasıq yırtığı,
hisroseli, qaraciyər və dalağın kistik xəstəlikləri;
uşaqlarda təcili vəziyyətlər,
invaginasiya
bağırsaq keçməməzliyi
appendisit,
yad cisim udulması,
Uşaqlarda rastgəlinən uroloji problemlər
yad cisim aspirasiyası,
xaya və yumurtalıq burulmaları,
boğulmuş qasıq yırtıqları
uşaqlarda travmalar.
sidik yolları bakteriyaları
Sidik axarı reflyuksu
Vesikoureteral reflyuks nədir?