Anadangəlmə Ürək Qüsuru riskini necə azaltmaq olar?

Опубликовано: 22 Ноябрь 2024
на канале: Peşəkar Həkimlər
169
5

#Kordioloq #ElnurImanov #Ürəkqüsurları

T.e.n Dr. Elnur İmanov Uşaq Kardioloqu

Əlaqə nömrəsi :
050 647 - 41 - 29
070 647 - 41 - 29
055 210 - 30 - 15

İnstagram : dr_elnur_imanov
Facebook: Uşaq Kordioloqu Dr. Elnur İmanov

Anadangəlmə ürək qüsurları ürək və iri damarların kifayət qədər geniş və müxtəlif mənşəli xəstəlikləri olub, ürəyin qan dövranı dəyişiklikləri, artıq yüklənməsi və ürək çatışmazlığı ilə müşayiət olunur. Ürək qüsurlarının rastgəlmə tezliyi yüksəkdir, müxtəlif mənbələrin məlumatına görə, hər yeni doğulmuşların 0.8-1.2%-ində rast gəlinir. Anadangəlmə ürək qüsurları bütün anadangəlmə anomaliyaların 10-30%-ni təşkil edir.
Hamiləliyin planlaşdırılmasına məsuliyyətlə yanaşan xanımlar, yəgin ki, TORCH infeksiyaları barədə xəbərdardılar. TORCH – hamiləlik zamanı təhlükəli xəstəlikləri qeyd etmək üçün istifadə olunan həkim terminidir: toksoplazma, qızılca, sitomeqalovirus, herpes, suçiçəyi və s.. Lakin bu xəstəliklərlə hamiləlik zamanı təhlükəli xəstəliklərin sayı məhdudlaşmır.