Ürək QAPAQ Çatışmazlığı - Anadangəlmə ÜRƏK QÜSURUDUR?

Опубликовано: 20 Ноябрь 2024
на канале: Peşəkar Həkimlər
300
3

#Kordioloq #ElnurImanov #Ürəkqüsurları

T.e.n Dr. Elnur İmanov Uşaq Kardioloqu

Əlaqə nömrəsi :
050 647 - 41 - 29
070 647 - 41 - 29
055 210 - 30 - 15

İnstagram : dr_elnur_imanov
Facebook: Uşaq Kordioloqu Dr. Elnur İmanov


Mədəciklərin girişində və çıxışında yerləşən və qanın bir istiqamətdə keçməsini təmin edən klapanlar – Ürək qapaqları adlanır. Qapaqlarda baş verən patologiyalar iki qrupa ayrılır: çatışmazlıq və daralma. Bəzən eyni qapaqda həm daralma həm də çatışmazlıq ola bilir. Ürəyin 4 qapağından hər hansı birinin və ya bir neçəsinin daralması və ya çatışmazlığı ürək qapaqlarının qazanılmış xəstəliklərini əmələ gətirir.
Ürək qapaqlarının qazanılmış xəstəlikləri:
Mitral çatışmazlıq və ya darlıq
Aorta qapaq çatışmazlığı və ya darlığı
Üçtaylı qapaq çatışmazlıq və ya darlığı
Pulmonar qapaq çatışmazlığı və ya darlığı
Yaranma səbəbləri:
revmatizm
kollagenozlar
endokarditlər
papillyar əzələ disfunksiyası və destruksiyası