Həkim-Pediatr Dr Kənan Qarayev
Tel: 050 587 18 48
Facebook: / pediatr.usaqhekimi
İnstaqram: / dr.kenan_qarayev
Yenidoğulmuş körpələrdə temperatura nəzarət mərkəzi hipotalamus ilk aylarda zəif inkişaf edir. Bu fizioloji normal haldır. Valideynlərin uşaqları büküb, bələyib, evi çox isti etmə fonunda uşağın temperaturu yüksəlir. Uşaq otağı 20-24 dərəcə olmalıdır. Uşağın istiliyi qolaltından 37.3 dərəcə, düz bağırsaqdan 37.7 olması normaldır. Temperaturu normadan yüksək olan körpənin ilk olaraq paltarları soyundurulur, bir müddət gözlənilir. Temperatur yenmədiyi halda ilk yardım göstərərək (sirop, şam, ilıq duş) bədən hərarətini normallaşdırıb. Həkimə müraciət etmək lazımdır.
Bədən hərarətinin yüksəlməsi fonunda febril qıcolmalar müşahidə edilə bilər. Temperatura səbəbi ilə yaranan qıcolma uşaqların həyatı üçün qorxulu deyil. Bu 3-7 dəqiqəyə qədər davam edir. İlk yardım üçün rahat bi yerə uzadıb, başını yana çevirmək lazımdır. Uşaqların ağzından ağ köpük gəlməsidə müşahidə edilir ki, bundan narahat olmaq lazım deyil. Qıcolma səbəbi ilə dərman tətbiq etmək yalnış qərardır.