Həkim-Pediatr Dr Kənan Qarayev
Tel: 050 587 18 48
Facebook: / pediatr.usaqhekimi
İnstaqram: / dr.kenan_qarayev
Uşaqlarda Göy Öskürək
Göy öskürək avqust və oktyabr ayları arasında uşaqlarda müşahidə edilir. 2 yaşa qədər uşaqlarda göy öskürək özünü əlamətlərini daha təhlükəli şəkildə göstərə bilir. 2 yaşdan yuxarı uşaqlarda isə daha zəif simptomlarla keçirirlər. Göy öskürəyə qarşı bütün dünyada olduğu kimi ölkəmizdə də peyvənd istifadə edilir. Peyvənd vurulan uşaqlar xəstəliyi peyvənd vurulmayan uşaqlardan fərqli olaraq daha zəif simptomlarla keçirirlər.
2 yaşın altında olan uşaqlarda xəxtəliyin simptomları : quru, boğucu öskürək; nəfəs darlığı; saatlarla davam edən öskürək və sonunda qusma; hətta ölümlə nəticələnə bilir. 1 yaşın altında olan uşaqlarda xəstəliyin əlamətlərini gördükdə təcili şəkildə xəstəxanaya yatırmalıyıq. Xəstəliyin müalicəsində valideynlər düzgün yol seçməyərək öskürək kəsici preparatlar veririlər. Bunu qeyd edək ki, 2 yaşına qədər uşaqlara bunu vermək qəti qadağandır. 2 yaşdan yuxarı uşaqlarada verməyə gərək yoxdur. Xəstəliyin müalicəsində oksigen təminatı, protokollar üzrə dərmanların istifadəsi vasitəsilə 6-8 həftəyə qədər tam sağalma mümkündür.