Körpələrə niyə su, çay və başqa mayelər vermək olmaz? | Dr. Kənan Qarayev

Опубликовано: 14 Март 2025
на канале: Dr. Kanan Qarayev
138,490
1.4k

Həkim-Pediatr Dr Kənan Qarayev
Tel: 050 587 18 48
Facebook:   / pediatr.usaqhekimi  
İnstaqram:   / dr.kenan_qarayev  

Valideynlərin nəzərinə çatdırmaq istəyirik ki, Amerika Pediatrik Qurumunun hər il yayımlarına uyğun olaraq 6 ayına qədər uşaqlara suni qida fonunda su, çay, şirin su, bitki çayları verməyə gərək yoxdur. Çünki ana südünün tərkibinin təxminən 80-90 % , verdiyimiz suni qidanında 90-95 % sudan ibarətdir. Uşaq kifayət qədər su ala bilirsə, əlavə su verməyə ehtiyac yoxdur. Körpələrin böyrəkləri o suyu dəf edəcək tərzdə deyillər. Ekstra hallar olduqda, qusma, ishal, çoxlu maye itirilsə xüsusi qarşıqlar var ki, su ilə qarışdırılaraq uşağa verilir.