LCN13 x CYMILO - SÖNDÜR İŞIQLARI
Beat & Mix Mastering & Cover: MC B.U.S
Recording X.R.B Records
[GİRİŞ]
Gördüyün günlərə ağla
Görmədiyin qabaqda
Səmalar bizim üçün ağlar
Gəl içəri qapıları bağla
Söndür işıqları [X3] eyy
Söndür işıqları
[NƏQARƏT]
Gördüyün günlərə ağla
Görmədiyin qabaqda
Səmalar bizim üçün ağlar
Gəl içəri qapıları bağla
Söndür işıqları [X3] eyy
Söndür işıqları
[BƏND1: LCN13]
Görmədən heçkəs gəl danışaq ikimiz bir otağda qalıb
Yansın dünya, yansın hər yer, yetər ki , yanında qalım
Gəl otur yanıma gözəlim dərdlərin hamısını bir-bir bitməz sayım
Sənsiz bu səhnə olmaz gülüm, inan ki, filmim yarıda qalıb
Getdiyin gün gülüşümü itirdim, çökdü sanki həyatıma qaranlıq
Dağıldı dünyam yox oldu hər şey buralar oldu viranlıq
Soyuğdu qəlbim -45 dərəcə
Gəl otur yanıma heçnə demədən (Ey) söndür işığları
[BƏND2: CYMILO]
Hardasan bilmirəm kimlə olduğun
Qədəhimə zəhəri andıran şərab dolur
Qırğınam, yorğun
Durğunam, çovğun
Hər yanım, hər anım o’du.
Artıq ilham pərilərim ruhumu boğur (ruhumu boğur)
Sındırmısan bütün səni sevən əlləri
Necə bu əllərlə əzizləyə bilərəm səni?
Gizlənirdim özümdən gözündə gizlətmədin məni
Bu payız belə qızıl yarpağın bilmədi qədrin
Ölüm rəqs edər
Üzündə görər gülümsəmə
Bir yudum şərabdan
İçirəm çox axır vaxtlar
Sən olma onlardan
Gəl içəri qapıları bağla
Kimsə görməsin ağrılarımı
Söndür işıqları, sar yaraları
[NƏQARƏT]
Gördüyün günlərə ağla
Görmədiyin qabaqda
Səmalar bizim üçün ağlar
Gəl içəri qapıları bağla
Söndür işıqları [X3] eyy
Söndür işıqları
Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2024
#LCN13 #CYMILO #SONDURISIQLARI #mikpro #xrbrecords