MC B.U.S ft. A4 – Yamaq (Rəsmi Audio)

Опубликовано: 13 Май 2025
на канале: X.R.B Records
8,297
471

MC B.U.S və A4-ün birgə ifa etdiyi "Yamaq" parçası artıq onlayndır.
X.R.B Records kanalına YouTube-da abunə ol: https://mikpro.az/xrbrecordsyt

"Yamaq" rəqəmsal platformalarda: https://bfan.link/yamaq

Söz: Baba Süleymanlı, Orxan Tağıyev
Miks və masterinq: Bageer
Beat: Bageer

X.R.B Records instagramda:
https://mikpro.az/xrbrecordsig

Sözlər:

[Nəqərat]
Gözün görürsə hər şeyi
Amma danışa bilmirsə dilin
Demək ki, layiqsən olduğun yerə
Demək ki, layiqsən ora

[Bənd 1]
Dövrün şairiyəm, küçələrdən yazan kəsəm
Doğru danışıramsa, sözümü ancaq Azan kəsər
Dilimin sərtliyini, sözümün kəsərliyini
Qələmimin itiliyini, istəyərsə, yazan kəsər

Boş-boş fikirlərlə keçirdirik hər saatı
Bir boğaz çörək üçün gecə-gündüz tər, su axır
Elə bir gündəyik ki, heç bir şeyə vaxt çatmır
Tanrıya əl qalxır, insana əl çatmır

Dövran elə gəlib ki, kin-nifrət dibə dirənib
Bəzən hər bir şeyi rədd eləyib, yazmalısan
Əvvəl ölülər susub, dirilər danışardı
İndi ölmək üçün danış, yaşamağa susmalısan

Ekranda həyasız, Tv-ə çıxan heç kim
Doğru danışa bilmir, amma qeybət bilir
Məktəbdə şagirdin təhsil alması üçün indi
Qiymət vermir müəllim, qiymət deyir

Baş o qədər qarışıb ki, kim harada, kim neynəyir
Sosialda şərh yazırıq axmaq kimi
Bir az yaltaq kimi, bir az da qorxaq kimi
O qədər saxtayıq ki, çökmüş yola yamaq kimi

[Nəqərat]
Gözün görürsə hər şeyi
Amma danışa bilmirsə dilin
Demək ki, layiqsən olduğun yerə
Demək ki, layiqsən ora

[Bənd 2]
Biz ‘’gangster’’ deyilik, qatilik, qətl edirik qələmlə
Hamının qisməti eyni, başda və sonda bələnmək
Vaxtı öldürmək istəyirik, hamımızın çıxır axırına
Kim gözləyir o tərəfi, kim xoşbəxt buranın çaxırına
Nəvələrə deyəcəyik, oğru bağırar, doğru qaçardı
Nədənsə yaxşı işləri filankəsin oğlu bacardı

Sözünə öyrəşib qulaq, bu, qorxu saçardı
Hər qıfılı açan açar yaxşı deyil, oğru açardır
Hər gün bəhsəbəhs, qonşudan qalma dala
Təzə “iPhone’’ çıxdı, görən, kreditə harada var a?

Dosta da var badalaq, uşaqlıqdan arvad alaq
Sözün eşidən özünə ağ deyəcək, qadına qara
Həyat bir film bax, kimimiz ağ, kimi ayaqaltı kilim da
Yenə də giriftar isək bu günümüzə, günahı, denən, kimindir ha
Düzəldəkmi bunu, ya ölək yamaq kimi ha?

[Nəqərat]
Gözün görürsə hər şeyi
Amma danışa bilmirsə dilin
Demək ki, layiqsən olduğun yerə
Demək ki, layiqsən ora


MC B.U.S tərəfindən A4-ün iştirakı ilə olunan "Yamaq" parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları "mikpro" tərəfindən qorunur. © 2024

Etiketlər:

#MCBUS #Yamaq #mikpro