Qarpızı tumu ilə yesək nə olar?

Опубликовано: 20 Апрель 2025
на канале: Bax Belə
529
16

Kanalımızda sizlərə faydalı olacaq reseptlər, tibbdə baş verən yeniliklər, bir çox xəstəliklərin yaranma səbəbi və onların müalicə üsulları ilə gündəlik olaraq paylaşılan videolarda tanış ola bilərsiniz.

Diqqət! Bu məlumat sizə informasiya məqsədi ilə verilir! Videoda göstərilən texnikaları, ənənəvi müalicəçilərin təcrübəsi, həmçinin qidaların toplanması və s. həkimlə məsləhətlətləşdikdən sonra tətbiq edin.
Bu videoda göstərilən bütün təcrübələr, məsləhətlər, reseptləri, özünüzün şəxsi iradəsi altında öz üzərinizdə tətbiq olunur və məsuliyyəti tam sizə aiddir.

Təklif və iradınızı, eləcə də reklam yerləşdirmək üçün bizə yazın.
#baxbele baxbelə #qarpiz
---
Qarpız yay aylarının ən çox yeyilən və sevilən meyvələrindəndir. Qarpızın yüzdə 92-si sudan, 6-sı isə şəkərdən ibarətdir. C, A vitamini və betakarotenlərlə olduqca zəngindir.
Qarpız tumlarının sağlamlığı ciddi şəkildə zədələyəcək elə böyük zərəri yoxdur. Amma diri-diri udmaq kor bağırsaqda problem yarada bilər. Bundan başqa, qarpız tumlarının həzminin də çətin olduğu zənn edilir. Məhz həzmi çətin olduğundan da kor bağırsaqda tıxanma yarada bilər. Ona görə də qarpız dənəsini bütöv halda deyil, yaxşı çeynəyərək yemək lazımdır.

Qarpızı yeməkdən sonra yemək köpə və həzmsizliyə yol açır. Buna görə qarpızı ac qarına və ya yeməklərdən əvvəl çəyirdəkləri ilə birlikdə yemək lazımdır. Belə yemək böyrəklərə və ürəyə faydalıdır.

Qarpız yeyəndə adətən tumlarını çıxarıb atırıq. Ancaq aparılan araşdırmalar nəticəsində qarpız tumlarının nə qədər faydalı olduğu ortaya çıxıb. Bu faydaları biləndən sonra qarpızın tumlarını atmayacağınıza əminik.

Qarpız tumlarının tərkibində "kukurbositrin" adlı maddə var ki, qan təzyiqini aşağı salır. Odur ki, təzyiqi yüksək olanlar rahatlıqla yeyə bilər. Bu maddə maddə böyrək hərəkətlərinin tənzimlənməsində də faydalıdır.

Qarpız tumları doymamış yağlar və Omega-6 ilə zəngindir. Bir fincan qarpız çəyirdəyi 600 kaloridir.


Qarpız tumları saçın keyfiyyətini yaxşılaşdırdığı bilinən zülallar, dəmir, maqnezium, sink və mislə zəngindir. Bu toxumlar saçınızı gücləndirməyə və saç böyüməsini təşviq etməyə kömək edir. Tumlarda olan manqan saç tökülməsinin və zədələnməsinin qarşısını alır.
Ürək sağlamlığına faydalıdır
Qarpız tumları iltihab əleyhinə antioksidant və vazodilatator (qan damarlarının genişlənməsi) kimi fəaliyyət göstərir, bu da onların sağlam bir ürək üçün faydalı olmasının səbəbidir. Qarpız tumları ürək sağlamlığında mühüm rol oynayan sinklə də zəngindir.


Sinir sistemini dəstəkləyir
Qarpız tumu beyni və sinir sistemini sağlam saxlamağa kömək edən zəngin B vitaminləri mənbəyidir.
Metabolizmi sürətləndirir:
Qarpız tumlarının folat, dəmir, sink, mis, maqnezium, kalium, amin turşuları və B vitamini kompleksi kimi qida maddələri ilə zəngin olduğu bilinir. Bu qidalar orqanizmin təbii maddələr mübadiləsini tənzimləməklə yanaşı sürətini artırmaqda son dərəcə faydalıdır.
Qarpız tumlarının tərkibində yüksək miqdarda sodium, mis, maqnezium, fosfor, dəmir, potasium və sink kimi dəyərli minerallar var. Bir fincan qurudulmuş qarpız çəyirdəyi bədənin bir günlük maqnezium ehtiyacının daha artıq qarşılanmasına yardımçı olur. Bundan başqa maqnezium qan təzyiqi və qan şəkəri baxımından da faydalıdır.