Kanalımızda sizlərə faydalı olacaq reseptlər, tibbdə baş verən yeniliklər, bir çox xəstəliklərin yaranma səbəbi və onların müalicə üsulları ilə gündəlik olaraq paylaşılan videolarda tanış ola bilərsiniz.
Diqqət! Bu məlumat sizə informasiya məqsədi ilə verilir! Videoda göstərilən texnikaları, ənənəvi müalicəçilərin təcrübəsi, həmçinin qidaların toplanması və s. həkimlə məsləhətlətləşdikdən sonra tətbiq edin.
Bu videoda göstərilən bütün təcrübələr, məsləhətlər, reseptləri, özünüzün şəxsi iradəsi altında öz üzərinizdə tətbiq olunur və məsuliyyəti tam sizə aiddir.
Təklif və iradınızı, eləcə də reklam yerləşdirmək üçün bizə yazın.
#baxbele #baxbelə
---
Hamı bilir ki, yemiş həm çox dadlı, həm də çox faydalı meyvədir.
Yemişin tumları da elə özü qədər xeyirlidir və xalq təbabətində müalicəvi vasitə kimi çox geniş istifadə olunur.
Yemiş tumları ta qədimdən güclü afrodiziak kimi tanınır. Afrodiziak cinsi aktivliyi, cinsi həvəsi stimullaşdıran və artıran maddədir. Bu şirin meyvənin tumlarını suda qaynadıb için. Bu su cinsi gücü artırır, prostat vəzinin fəaliyyətini yaxşılaşdırır, kişi cinsiyyət sistemi xəstəliklərinin qarşısını almağa kömək edir. Bu məqsədlərlə tumları qurutmaq, qəhvəüyüdəndə üyütmək və gündə 3 dəfə 1 çay qaşığı olmaqla qəbul etmək lazımdır. Yemişin tumlarında sink çoxdur. Sink isə kişi cinsiyyət sisteminin normal fəaliyyəti üçün əvəzolunmaz mineral sayılır.
Yemiş tumları öskürək (hətta xroniki öskürək), bronxit zamanı da çox yaxşı müalicəvi təsir göstərir, bəlğəmi çıxardır, iltihabəleyhinə təsir edir. Öskürəklə mübarizə etmək üçün yemiş tumlarından "süd" hazırlamaq lazımdır. Südü hazırlamaq üçün Yemişin tumları qurudub, qəhvə üyüdən maşınında üyütmək və 1 xörək qaşığı götürüb 1 stəkan ilıq suda həll etmək lazımdır. Alınmış "süd" gün ərzində 3 dəfə olmaqla yeməkdən əvvəl qəbul olunmalıdır.
Yemiş tumu südü dəriyə çox gözəl cavanlaşdırıcı təsir edir - kiçik qırışları açır, dərinin rəngini yaxşılaşdırır, dərini daha yumşaq və elastik edir. "Süd"də pambıq parça isladın və təmiz üz və boyun dərisinə qoyub 20 dəqiqə saxlayın. Bu sadə proseduru həftədə 2-3 dəfə etmək olar.
Yemiş tumları Qaraciyər və bağırsaq üçün faydalı və təbii dərmandır. Bunun üçün yemişin tumlarını quruduruq, üyüdürük və alınan "un"u gün ərzində 3 dəfə olmaqla yeməkdən 1 saat sonra qəbul etmək lazımdır. Sidikqovucu təsiri olduğu üçün sidik yolu xəstəliklərindən şikayəti olanlara bol-bol yemiş yemək tövsiyə edilir.
Yemişin özü dəri gözəlliyi üçün istifadə edilir. Belə ki, əzilib, püre halına gətirilmiş yemişin üzərinə soyuq süd əlavə edin. Daha sonra üzə çəkib 15-20 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Bu maskanı üzə sürtdükdə dərini nəmləndirir və onu inanılmaz dərəcədə gözəlləşdirərək təravətli görünməsini təmin edir.