Toyuq və Tərəvəzli Noodle
Tərkibi:
• Toyuq döş əti
• Duru yağ
• Duz
• Qara istiot
• Soya sousu
• Soğan
• Sarımsaq
• Qırmızı bibər (uzunsov doğranmış)
• Yerkökü (uzunsov doğranmış)
• Yaşıl soğan
• Yapon qarabağday əriştəsi (soba)
• Ağ küncüt
Hazırlanma qaydası:
1. Toyuq döş ətini xırda doğrayın.
2. Tavada duru yağı qızdırın, doğranmış toyuğu əlavə edin və üzərinə duz, qara istiot səpin. Orta istilikdə qovurun.
3. Üzərinə soya sousu tökün və qarışdırın.
4. Daha sonra doğranmış soğan və sarımsağı əlavə edib qovurmağa davam edin.
5. Üzərinə uzunsov şəkildə doğranmış qırmızı bibər və yerkökü əlavə edin. Bir qədər bişirin, sonra yenidən bir az soya sousu töküb qarışdırın.
6. Ən sonda doğranmış yaşıl soğanı əlavə edib qarışdırın və tərəvəzlərin diri qalmasına diqqət edin.
Noodle Hazırlığı:
1. Qaynar suya soba əriştəsini əlavə edib paket üzərindəki təlimata uyğun olaraq qaynadın.
2. Bişmiş əriştəni süzün və tavada hazırlanmış sousun üzərinə əlavə edin.
3. Əriştə ilə sousu yaxşıca qarışdırın ki, bütün ləzzətlər birləşsin.
Servis:
Hazır noodle qarışığını boşqaba əlavə edin. Üzərinə ağ küncüt və doğranmış yaşıl soğan səpərək servis edin.
Nuş olsun!
#Olivre #YeməkSəhifəsi #YeniBaşlanğıc #LəzzətDünyası #Yeməkİlhamı #MakaronSevənlər #EvYeməkləri #YeməkVideoları #SəhifəBaşlanğıcı #Qidaİlhamı #Parmezan #SosluMakaron #MətbəxSevgisi #YeməkReseptləri #FoodLovers #DeliciousEats #FoodInspiration #YeməkHazırlığı #EvdəBişirmək #TastyFood #Foodie #MakaronLovers #HomeCooking #Reyhan #SosluYeməklər #FoodPhotography #gastronomy #noodles