Nicat Menali - Sevdiyim Qeder
Nicat Mənalı kanalına abunə olmaq üçün bu linkə daxil olun: https://wedia.link/NicatMenali
➤Instagram’dan izləmək üçün;
https://wedia.link/0Zf2T
Nicat Menali - Sevdiyim Qeder (Mahnı Sözləri):
Mən sənin hislərinə yox demirəm ki,
Doyunca gözlərimə bax demirəm ki,
Artıq istəmirəm, çox demirəm ki,
Mən səni sevdiyim qədər sev məni,
Pak eşqimizdə olmasın bəhanə,
Adımızı dastan eyləsin zəmanə,
Nəsən leyli ol, nə mən divanə,
Mən səni sevdiyim qədər sev məni,
Çaylar selə aşiq olan kimi yox,
Aylar ilə sadiq olan kimi yox,
Bülbül gülə layiq olan kimi yox,
Mən səni sevdiyim qədər sev məni,
Könlümdə yad sevgi bəsləmirəm mən,
Kimsəni arayıb səsləmirəm mən,
Əsli Kərəm eşqi istəmirəm mən,
Mən səni sevdiyim qədər sev məni,
Əsil sevgi ürəklərdə silinməz,
Hiss olunar o gözlərlə görünməz,
Sevginin qədəri, həddi bilinməz,
Mən səni sevdiyim qədər sev məni,
Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət.!
#NicatMenali #SevdiyimQeder #NicatMenaliSevdiyimQeder