Abone OL: https://goo.gl/W99fFm
Copyright © ARB Şəki
Sayt: https://goo.gl/NfKDu5
Facebook: https://goo.gl/XVhVzG
Hər bir xalqın mədəniyyəti yoldan başlayır deyirlər. Göz oxşayan yeni salınmış yollarda bu mənzərəni yaradan bəzi məsuliyyətisiz insanların mal-qarasıdır. Xüsusən də səhər saatlarında heyvanlar otlağa gedəndə və axşam geri qayıdanda magistral yollarda bu mənzərə yaranır. Adətən sürücülər heyvanları vurmamaq üçün avtomobili maneədən yayındırmağa çalışırlar. Bu zaman hətta yolun kənarında dayanmış günahsız piyadaların vurulması ilə də nəticələn yol nəqliyyat hadisələri baş verir. Qanunla sürücü sürət həddini aşarsa məsuliyyətə cəlb oluna bilər. Amma digər məqamlarda heyvanların vurulmasına görə sürücüyə heç bir cəza tətbiq olunmur. Mütləq heyvanların yolu ayrı olmalıdır. Ya da ən azından bu heyvanlara nəzarət edən şəxs təyin edilməlidir. Yerli bələdiyyələr də heyvanların gediş-gəlişi üçün müəyyən sahə və yer ayırmalıdır. Çünki şəhər küçələri və magistral yollar avtomobillər üçündür, heyvanlar üçün yox…