Abone OL: https://goo.gl/W99fFm
Copyright © Kanal S_official
Sayt: https://kanal-s.az
Facebook: https://goo.gl/XVhVzG
Yük maşını yandı, sürücü xəsarət aldı...
Şəkidə yük maşınında yanğın olub, sürücü yanıq xəsarətləri alıb. Rayonun Kiçik Dəhnə kəndində Əsadulla Yusifovun yaşadığı evin yaxınlığında park edilmiş, 30 yaşlı Ağdaş rayon sakini Vüqar Quliyevə məxsus "KAMAZ" markalı yük avtomobili yanmağa başlayıb. Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb edilib.
Yanğın nəticəsində yük maşının qoşqusunun yanar hissələri və qoşquya yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Yüksək temperaturdan Əsədulla Yusifova məxsus 1 ədəd qaz sayğacı əriyib. Yanğın zamanı avtomobilin sürücü Vüqar Quliyev bədən nahiyəsindən müxtəlif dərəcəli yanıq xəsarəti alıb və Təcili Tibbi Yardım Xidməti tərəfindən Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hər iki qolundan yanıq xəsarətləri alan sürücü ambulator müalicəyə cəlb edilib. Fakt araşdırılır.
#kanals #xəbər #yanğın