Bogazağrısı və öskürəyin dərmanı - İNNAB

Опубликовано: 15 Июнь 2025
на канале: YuEl
1,541
24

İnnab ağacının meyvələri özünəməxsus dadı, tibbi əhəmiyyəti və dekorativ görünüşü ilə seçilir. Azərbaycanda innab daha çox Aran iqtisadi zonasında istehsal olunur. Bundan başqa, respublikamızın bəzi rayonlarında da innaba həyətyanı sahələrində rast gəlinir.
Xaçmaz rayonunun Nərəcan kənd sakini Füzuli Baratovun həyətində becərdiyi onillik innab ağacında hər mövsüm bol məhsul yetişir. Şimal bölgəsində hava soyuq keçsə də, innab ağacı şəraitə uyğunlaşıb.
İnnab meyvələrindən həkim məsləhətinə əsasən boğaz ağrısı, hipertoniya, mədə-bağırsaq və sair xəstəliklər zamanı dərman kimi istifadə edilir. Meyvəsində 30-72 faiz şəkər, C vitamini var. Süddə bişirilmiş innab öskürəyi yumşaldır. Yığılıb saxlanıldıqdan bir müddət sonra meyvəsi daha dadlı olur. Ondan şərbət də hazırlayırlar. İnnab ağacı quraqlıq yerləri sevir.
İnnab ağacı 200-300 il yaşayır. Əsl vətəni Çindir. Bu meyvənin 50-dən çox növü var. Hələ çox qədimdən yunanlar onu Şərqə, Qərbi Asiyaya və Afrikaya gətiriblər. Hazırda Mərkəzi Asiyada, Krımda, həmçinin Azərbaycanda da yetişdirilir. Meyvəsi xırda olur. İrimeyvəli sortlar Çindən Azərbaycana gətirilib və yayılıb.