Salyan bazarında balığın qiyməti alıcıları qane edir

Опубликовано: 31 Январь 2025
на канале: ARB Cenub
4,025
like

Novruz bayramı ərəfəsində bazarlarda balıqların qiymətində qalxmalar müşahidə olunur. Amma Salyanda bayram ərəfəsi olmasına baxmayaraq hələlik balıqların qiymətində bir o qədər də bahalaşma müşahidə olunmur. Belə ki, 1 kiloqramlıq ziyad balığı 8-10 manat, 1 ədəd şamayı 50 qəpik, 1 kiloqram sazan 4-5 manat arasında dəyişir. Bu da alıcıları qane edir. Eyni zamanda qalın alın balığın kilosu 3 manata, kifal balığının kilosu 6 manata alıcılara təklif olunur. Alıcıların dediyinə görə, bayrama kimi qiymətlər belə stabil qalarsa hər kəsin bayram süfrəsində balıq görmək olar.