Yol polisi-sürücü anlaşmazlığı

Опубликовано: 15 Январь 2025
на канале: ARB Cenub
365,220
like

Hadisə Ələt-Astara magistralının 178-ci km-də Masallının Qızılağac kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Mersedes markalı 99 FT 373 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rüstəmov Rafiq Əjdər oğlu axşam saat 22-50 radələrində magistralla Lənkəran istiqamətinə hərəkətdə olarkən BDYP idarəsinin yol patrul xidməti alayının 41-ci tağımının BMV markalı 10 YP 874 dövlət nömrə nişanlı xidməti avtomobili tərəfindən saxlanılıb. İnspektor Teymur Axundov ona ötmə əməliyyatını düzgün aparmadığını deyib, protokol tərtib edib. Bu zaman bununla da kifayətlənməyən polis əməkdaşı ona içkili olduğunu bildirərək həkim müayinəsinin aparılmasını tələb edərək, avtomobili cərimə meydançasına aparır. Sürücü isə baş verənlərin əsassız adlandıraraq sərxoş olmadığını iddia edir. Bu zaman hadisə yerinə gələn sürücünün müdiri Mehdiyev Tural İsmayıl oğlu Rüstəmov Rafiqin haqlı olduğuna inanaraq təxminən saat 01-50 radələrində təkrar müayinə aparılmasından ötrü Lənkəran rayonlararası narkoloji dispanserinə gətirir. Həkim müayinəsindən keçdikdən sonra, işçisinin içkili olmadığına əmin olan Tural Mehdiyev yenidən Masallı rayon Mərkəzi Xəstəxanasına gələrək DYP əməkdaşına arayış verən həkimin qanunsuz əməlini ona sübut etməyə çalışır. Məsələ ilə bağlı BDYP idarəsinin yol patrul xidməti alayının 41-ci tağımının yerləşdiyi xidməti ərazidə olub, tağım komandiri polis kapitani Hikmət Qafarovun da münasibətini öyrəndik. O, bildirdi ki, şikayətçi sürücü həmin an yol hərəkəti qaydalarını pozduğuna görə BMV markalı 10 YP 874 dövlət nömrə nişanlı xidməti avtomobildə olan inspektor Teymur Axundov tərəfindən saxlanılıb və yoxlama zamanı onun sərxoş olduğu aşkarlanıb. Şikayət məktubu əsasında hər iki tərəfin məsələyə münasibətini öyrənib sizə təqdim etdik. Sürücünün və yaxud da yol polisinin haqlı olub-olmadığını biz deyil aparılan araşdırmalar bəlli edəcək. Amma sərxoş olmadığını sübut edən sürücünün iddiası da başa düşüləndir. Qanunun icazə verdiyi formada bu məsələdə mütləq tədbir görülməlidir. Əgər yol polisi qanunu pozubsa, o cəzasız qalmayacaq. Ən azından, bundan sonra mənzil başına tez çatmaq istəyən sürücülər saatlarla küçədə gözləməyəcək. Əgər həmin an sürücünün içkili olması təsdiqlənərsə o, sürücülük vəsiqəsindən məhrum olacaq.