Quzuqarnı - 1 kiloqramı 40 manat! Al ye də )

Опубликовано: 04 Ноябрь 2024
на канале: YuEl
519
29

El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bu nadir göbələyi şimal rayonlarının meşəliklərindən mart ayından başlayaraq toplamaq olar. Cəmi 30-35 gün ərzində yetişən quzuqarnını aprelin ayının sonunadək yığmaq mümkündür.
Quzuqarnının qiyməti digər göbələklərlə müqayisədə bahadır. Quzqarnının bir kiloqramı mövsümün əvvəlində alıclara 35 -40 manata təklif olunur. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Bununla belə quzqarnının yığılması olduqca zövqlü məşğuliyyət sayılır.
Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq olar.