SHUSHA IS A MUSLIM / Şuşa Türklerindir / Islamic Region
#Mecca#Jerusalem#Istanbul
Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş" səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" (şüşə) adlandırmışlar.
Bəzi mənbələrə görə, "Şuşa" sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci “ş” səsi sonrakı “s” səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa" deyimi alınmışdır. Bəzi mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Bəzən "Şişə" (Şiş qayalarla əhatə oluduğuna görə) şəklində də işlədilir. Bəzi tədqiqatçılar Şuşa sözünü türk dilində mənası "uc", "yüksək" olan "şiş" komponenti ilə izah edirlər. Bəzi mənbələrdə isə Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344—334) Makedoniyalı İsgəndərlə vuruşan səxsin tikdirdiyi "Su" qalası ilə eyniliyi, Şumer (şu+er) adı ilə səsləşməsi tədqiq olunur.