"Unuda bilmirəm"
Söz: Novruz Gəncəli
Mus: Hacıbaba Həsənov
İfa: Rübabə Muradova, 1963
Müşayiət: Əhməd Bakıxanov, XÇA Ans
1.
Ayrı düşdük, aylar ötdü, il oldu,
Eşqim sənsiz bir çağlayan sel oldu.
Bağça saldım, çiçək açdı, gül oldu,
Neyçün səni bəs unuda bilmirəm?
Unuda bilmirəm...
2.
Mir rəng verir bahar hər bir çiçəyə,
Ruh gətirir hər qəlbə, hər ürəyə.
Mən çatıram min arzuya, diləyə,
Neyçün səni bəs unuda bilmirəm?
Unuda bilmirəm...
3.
Deyirlər ki, yoxdur sevgi, məhəbbət,
Bir-birinə qız-oğlan edir adət.
Doğrudansa, yoxdur əgər məhəbbət,
Neyçün səni bəs unuda bilmirəm?
Unuda bilmirəm...
#rubabemuradova #unudabilmirem #akifislamzade #arifmelikov #azerbaycan #classicmusic #eldarmansurov #elekbertagiyev #elmirarehimova #eminsabitoglu #retro #gulagamemmedov